2023-cü ilin yanvar-may ayları ərzində Azərbaycan 241 milyon 967.98 min dollar dəyərində 238 min 893 ton meyvə-tərəvəz ixrac edib.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkədən ixrac edilən meyvə-tərəvəzin dəyəri 10.4% və ya 22 mln. 725 min dollar, həcmi isə 24.2% və ya 46 min 630 ton artıb. 2022-ci ilin ilk 5 ayında Azərbaycandan 219 mln. 242 min dollar dəyərində 192 min 263 ton meyvə-tərəvəz ixrac edilib.

Xatırladaq ki, cari ilin yanvar-may aylarında meyvə-tərəvəzin ümumi ixracda xüsusi çəkisi 1.42%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 18.45%-ə bərabər olub.