"Şərq-Qərb" Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
İqtisadiyyat.az xəbər verir ki, yığıncaq iyunun 21-nə təyin olunub.
Yığıncağın gündəliyində aşağıdakı məsələlər durur:
1) ASC-nin 2024-cü il üzrə illik və maliyyə hesabatlarının təsdiq edilməsi;
2) ASC-nin müfəttişinin növbəti müddətə təyin edilməsi;
3) ASC-nin 2024-cü il üzrə mənfəət və zərərinin bölüşdürülməsi, dividend;
4) Digər cari məsələlər.
Qeyd edək ki, “Şərq-Qərb” Açıq Səhmdar Cəmiyyəti 1986-cı ildən etibarən dövlət müəssisəsi olaraq 4 nömrəli Bakı kitab mətbəəsi kimi fəaliyyətə başlayıb. 2001-ci ildə müəssisənin təşkilati-hüquqi forması dəyişdirilib və o, “Şərq-Qərb” Açıq Səhmdar Cəmiyyətinə (ASC) çevrilib.
Əsas fəaliyyət növü nəşr və çap işləri olan “Şərq-Qərb” ASC-nin tərkibində Nəşriyyat Departamenti və Mətbəə fəaliyyət göstərir.
Müəssisə hər il ümumi tirajı 2 milyondan çox olan və müasir tələblərə cavab verən çap məhsulları istehsal edir.