Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana 113,8 milyon dollar dəyərində keramika məmulatları idxal edilib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə ölkənin keramika məmulatları idxalına çəkdiyi xərc 15,7 milyon dollar artıb.

 

Gözəl Həşimova