Azərbaycandan ötən il 31 milyon dollarlıq 71,1 min ton kartof ixrac edilib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, 2022-ci illə müqayisədə dəyər baxımından 4,1 milyon dollar azdır.

Hesabat dövründə kartof ixracı ölkənin ümumi ixracının 0,9 %-ni təşkil edib.

 

Gözəl Həşimova