Azərbaycanın Kahramanmaraşda həyata keçirdiyi layihələr "Bir millət, iki dövlət" olmağın göstəricisidir.

İqtisadiyyat.az-ın məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə Türkiyənin Kahramanmaraş bölgəsində 1000 daimi evin təməlini qoyduq. Orada evlərlə yanaşı məktəb, məscid layihələri də həyata keçiriləcək. Bunlar bir anda olmur. Bunlar "bir millət iki dövlət" olmanın göstəricisidir", - deyə R.T.Ərdoğan bildirib.