Bu ilin yanvar ayı ərzində Azərbaycanda özəl sektor tərəfindən 1 174 384,97 min ABŞ dolları həcmində ixrac əməliyyatı həyata keçirilib.
İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, hesabat ayında ölkənin cəmi ixracının 55,13%-i məhz özəl sektor tərəfindən reallaşdırılıb. Beləliklə, ötən ilin eyni dövrü ilə müqayisədə özəl sektorun cəmi ixracda xüsusi çəkisi 4 dəfəyə yaxın artıb.
Qeyd edək ki, ötən ilin yanvar ayında ölkənin cəmi ixracının 14,54%-ni və ya 186 040,45 min dollarını məhz bu sektor əhatə edib.
Bildirək ki, bu ilin yanvar ayında həyata keçirilən ixrac əməliyyatlarının 44,74%-i və ya 953 020,17 min dolları isə dövlət sektoru tərəfindən həyata keçirilib.