Azərbaycanın ixrac etdiyi qeyri-neft-qaz məhsullarının həcmində artım qeydə alınıb

Media Təhlil Mərkəzinin (MTM) Dövlət Gömrük və Dövlət Statistika Komitələrinin verdiyi rəsmi məlumatlar əsasında apardığı təhlilə görə, 2025-ci ilin yanvar-mart aylarında ölkədən ixrac olunan qeyri-neft-qaz məhsullarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 14,6 faiz və ya 98,2 milyon dollar artaraq 771,9 milyon dollara çatıb.
Xəbərlər yüklənir...









