Bu ilin yanvar-noyabr aylarında Azərbaycanla İranın ticarət dövriyyəsi 437,2 milyon dollar təşkil edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 % azdır.

Hesabat dövründə İrandan Azərbaycana 423,9 milyon dollarlıq mal idxal olunub. Azərbaycan məhsullarının İrana ixracı isə 13,2 milyon dollar təşkil edib.

 

Gözəl Həşimova