Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin (ADEA) Səngəçal və Gəncə filiallarının taxıl elevatorlarının istismar müddəti uzadılır.

Bu barədə İqtisadiyyat.az Agentliyə istinadən xəbər verir.

Həmçinin elevatorların istismar keyfiyyətinin yaxşılaşdırılması məqsədilə əsaslı təmir işlərinin layihə-smeta sənədləri hazırlanacaq.