Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 78,5 milyon dollar dəyərində ət idxal edib. Bu göstərici illik müqayisədə 6,3 milyon dollar çoxdur.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, hesabat dövründə ölkəyə 38,2 min ton ət idxal edilib. Bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 1 % azdır.

Bu dövrdə ət idxalı Azərbaycanın ümumi idxalının 0,50%-ni təşkil edib.

 

Gözəl Həşimova