Azərbaycan bu ilin yanvar-sentyabr aylarında 50,4 milyon dollar dəyərində 198,7 min ton azot gübrəsi ixrac edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 69 % azdır.

Məlumata görə, azot gübrəsinin ixracı miqdar baxımından illik müqayisədə 27,9 % azdır.

 

Gözəl Həşimova