Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 384,6 milyon ABŞ dolları dəyərində geyim əşyaları və geyim üçün ləvazimatlar idxal edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 119,2 milyon dollar və ya 45 % çoxdur.

Hesabat dövründə geyim əşyaları və geyim üçün ləvazimatların idxalı Azərbaycanın ümumi idxalının 2,43 %-ni təşkil edib.

 

Gözəl Həşimova