Azərbaycan ötən il 84,2 milyon dollar dəyərində ət idxal edib. Bu, 2021-ci illə müqayisədə 13,7 milyon dollar çoxdur.

İqtisadaiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə ölkəyə 44,5 min ton ət idxal edilib ki, bu da 2021-ci illə müqayisədə 8,6% çoxdur.

Bu dövrdə ət idxalı Azərbaycanın ümumi idxalının 0,58%-ni təşkil edib.