2021-ci ilin yanvar-fevral aylarında Azərbaycanın ən çox ticarət əməliyyatı apardığı ölkələrinin siyahısı açıqlanıb.

Dövlət Gömrük Komitəsindən verilən məlumata əsasən, müvafiq dövrdə bu ölkələrlə Azərbaycan arasındakı ümumi ticarət dövriyyəsinin həcmi 4 milyard 400 milyon ABŞ dolları təşkil edib.

Ticarət dövriyyəsinin həcmi 2020-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 12,6 faiz azalıb. Ticarət dövriyyəsində ixrac həcmi idxal həcmini üstələyib və 1 milyard 176 milyon manat müsbət ticarət saldosu yaranıb. Müvafiq dövrdə Azərbaycan Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil ölkələrə 256,3 milyon dollar dəyərində məhsul ixrac edib, bu ölkələrdən Azərbaycana isə 339,1 milyon dollar dəyərində məhsul idxal olunub.

Eləcə də, Avropa İttifaqı ölkələrinə 1 milyard 493,2 milyon dollar dəyərində satış, bu ölkələrdən Azərbaycana isə 333,2 milyon dollar dəyərində məhsul idxalı baş tutub.

Digər ölkələrdən 939,6 milyon dollar dəyərində məhsul almış, bu ölkələrə 1 milyard 38,5 milyon dollar dəyərində məhsul satmışıq.

Azərbaycanın ən çox ticarət əməliyyatı həyata keçirdiyi ölkələr sırası ilə - İtaliya, Türkiyə, Rusiya, Çin, Hindistan, Gürcüstan, İspaniya, Almaniya, Ukrayna, Portuqaliya, Böyük Britaniya, ABŞ, İran, Xorvatiya və Belarus olub.

Müvafiq dövrdə bu ölkələrlə ticarət dövriyyəsinin həcmi aşağıdakı kimidir:

İtaliya - 1 milyard 97,4 milyon ABŞ dolları

Türkiyə - 541,1 milyon ABŞ dolları

Rusiya - 332,6 milyon ABŞ dolları

Çin - 316,9 milyon ABŞ dolları

Hindistan - 241,3 milyon ABŞ dolları

Gürcüstan - 227,6 milyon ABŞ dolları

İspaniya - 185,9 milyon ABŞ dolları

Almaniya - 184,9 milyon ABŞ dolları

Ukrayna - 178,5 milyon ABŞ dolları

Portuqaliya - 126,2 milyon ABŞ dolları

Böyük Britaniya - 105,1 milyon ABŞ dolları

ABŞ - 97,2 milyon ABŞ dolları

İran - 67 milyon ABŞ dolları

Xorvatiya - 62,2 milyon ABŞ dolları

Belarus - 54 milyon ABŞ dolları

Bu ölkələrlə idxal-ixrac əməliyyatlarının həcmi isə aşağıdakı cədvəldə əks olunub: