Azərbaycanin ən böyük maliyyə forumu start götürür

2017-ci ildən ölkəmizin maliyyə və biznes həyatında uğurlu layihə kimi yadda qalan Maliyyə və İnvestisiya Forumu 16 noyabrdan start götürür

İqtisadiyyat.az saytının xəbərinə görə, bu il Maliyyə Forumunun daha da əhatəli olması gözlənilir. Forumda 300-dən çox şirkətin 500-ə yaxın nümayəndəsi, dövlət qurumlarının nümayəndələri təcrübələrini bölüşəcəklər. Forumun həmtəsisçi Sabit Məmmədov iqtisadiyyat.az-a bildirib ki, “Gələcək üçün yenilən” devizi ilə başlayan tədbir layihə iştirakçılarına çox şey qazandıracaq. “Onlar buradan əliboş qayıtmayacaqlar”-deyə o vurğulayıb.

Qeyd edək ki, tədbir “Baku Marriott Hotel Boulevard”da baş tutacaq.