Bu barədə İqtisadiyyat.az Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Qeyd edilib ki, dövlət zəmanətinin 9.237,8 milyon manatı (5.434,0 milyon ABŞ dolları) və ya 84,2 faizi xarici kreditlərin, 1.727,5 milyon manatı və ya 15,8 faizi isə daxili kreditlərin payına düşür.
01 aprel 2025-ci il tarixinə dövlət zəmanətli borc portfelinin valyuta tərkibi ABŞ dolları – 63,3 faiz, avro – 18,7 faiz, manat – 12,3 faiz, yapon yeni – 3,9 faiz, digər valyutalar – 1,8 faiz olub.
Hesabat tarixinə dövlət zəmanətli borc portfelinin 58,2 faizini sabit, 41,8 faizini dəyişkən faiz dərəcəli borc təşkil edir.