Ötən il Azərbaycana 303,9 milyon ABŞ dolları dəyərində 1 milyon 175 min ton buğda idxal edilib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, 2022-ci illə müqayisədə ölkəyə idxal edilən buğdanın dəyəri 132,5 milyon dollar və ya 30,4%, həcmi isə 9% azdır.

Hesabat dövründə buğda idxalı Azərbaycanın ümumi idxalının 1,76%-nə bərabər olub.


Gözəl Həşimova