Ankara şəhərində Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin tabeliyində Mədəniyyət Mərkəzi yaradılır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın 1-ci hissəsi ilə yaradılan Mədəniyyət Mərkəzinin fəaliyyətinin təmin edilməsi ilə bağlı zəruri tədbirlər görməlidir.