Azərbaycandan bu ilin yanvar-avqust aylarında Böyük Britaniyaya neft ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 40,6 % azalaraq 195,1 min ton təşkil edib.

Bu barədə İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Bu müddət ərzində ölkənin Britaniyaya ixrac etdiyi neftin dəyəri isə 332,9 milyon dollar olub. Bu da illik müqayisədə 55,7 % və ya 419,5 milyon dollar azdır.

 

Gözəl Həşimova