Azərbaycan və Braziliya arasında ötən ilin yanvar-noyabr aylarında ticarət dövriyyəsi 203,8 milyon dollar təşkil edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 6% çoxdur.

Hesabat dövründə Azərbaycandan bu ölkəyə 148 min ABŞ dolları dəyərində məhsul ixrac edilib ki, bu da illik müqayisədə 99,2% azdır.

Azərbaycanın Braziliyadan idxalının dəyəri isə 203,7 milyon ABŞ dollar olub. Bu da 2022-ci ilə nisbətən 18,2 % çoxdur.

 

Gözəl Həşimova