Sentyabr ayının 1-nə Azərbaycan banklarının cəmi aktivləri 49 milyard 567,7 milyon manat təşkil edib.

İqtisadiyyat.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici 2023-cü il sentyabrın 1-i ilə müqayisədə 9,3 % çoxdur.

Hesabat dövründə bank sektorunun balans kapitalı 7,3 % artaraq 6 milyard 311,7 milyon manata çatıb.