Dövlət Statistika Komitəsi ölkənin avtomobil parkındakı vəziyyətlə bağlı ən son məlumatları açıqlayıb.

 İqtisadiyyat.az xəbər verir ki, 2022-ci ildə Azərbaycanda qeydiyyatda olan 1.4 milyon ədəd minik avtomobilinin 45%-i (634 mindən çoxu, təxminən hər 2 avtomobildən biri) yaşı 20 il və daha çoxdur. Yaşı 10-20 il olan avtomobillərin sayı 545 mindir, bu, minik avtomobillərinin ümumi sayının 38.4%-ni təşkil edir. Ümumi avtomobillərin cəmi 17%-inin yaşı 10 ilə qədərdir.

Əvvəlki illərlə müqayisədə Azərbaycanda "qoca" maşınların sayı artıb. Belə ki, 2019-cu ildə Azərbaycanda yaşı 10 ildən çox olan avtomobillər 78% təşkil edirdisə, 2021-ci ildə bu rəqəm 80%, ötən il isə 83% olub. 

2022-ci ildə minik avtomobillərinin yaşı aşağıdakı kimi olub:

5 ilə qədər

71.366

5 ildən 10 ilə qədər

168.792

10 ildən 20 ilədək

545.265

20 il və yuxarı

634.447

Ümumi sayı

1.419.870

 
Ölkənin avtobus parkında isə vəziyyət daha pisdir. Belə ki, ölkədə olan 31 mindən çox avtobusun 63%-dən çoxunun yaşı 20 il və daha çoxdur. Avtobusların sadəcə 12%-ə yaxınının yaşı 10 ilə qədərdir.