Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycana ümumilikdə 1 milyard 68 milyon 364 min dollar dəyərində 65 min 726 ədəd avtomobil idxal olunub.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, 2022-ci ilin eyni dövrü ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 16 min 481 ədəd və ya 33,4% artıb.

Bu dövrdə avtomobil idxalına çəkilən xərc ötən ilə nisbətən 62,3% artıb.

 

Gözəl Həşimova