Azərbaycandan bu ilin yanvar-iyul aylarında Almaniyaya neft ixracı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 88,7% artaraq 662,3 min ton təşkil edib.

Bu barədə İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Hesabat dövründə ölkənin Almaniyaya ixrac etdiyi neftin dəyəri isə 57,3% artaraq 406,7 milyon dollar olub.