Tel-Əviv Böyük Dəbilqə turnirində 2 Azərbaycan cüdoçusu finala çıxıb

İqtisadiyyat.az xəbər verir ki, İsrailin paytaxtı Tel-Əviv şəhərində keçirilən Böyük Dəbilqə turnirinin sonuncu günündə Azərbaycanın 2 cüdoçusu finala vəsiqə qazanıb.

-100 kq. çəkidə Zelim Kotsoyev finalda niderlandlı cüdoçu Maykl Korrel ilə, +100 kq. çəkidə Uşanqi Kokauri isə monqolustanlı cüdoçu Tsetsentsenqel Odxu ilə qızıl medal uğrunda mübarizə aparacaq.

-90 kq. çəkidə Məmmədəli Mehdiyev braziliyalı cüdoçu Rafael Makedo ilə bürünc medal uğrunda güclərini sınayacaq.