Azərbaycandan xarici ölkələrə nar ixraci azalıb. Bunun bir neçə səbəbləri var. Yaranan səbəblər və bu vəziyyətdən çıxış yolları nə ola bilər?

Ümimiyyətlə,  Azərbaycanda 22 min 800 hektara yaxın nar bağları var və bu bağlardan 2021-ci ildə 185 min tona yaxın məhsul yığılıb. Bu həcmdən 22 min ton nar xarici ölkələrə ixrac edilib. İxracdan əldə olunan gəlir 29 milyon dollar olub. Həmin ixrac bazarlarına baxdıqda, burada ilk yerləri Rusiya, Ukrayna, Qətər, Gürcüstan, Qazaxıstan və bəzi Avropa ölkələri tutur. Əsas bazar olan Ukrayna və Rusiya Azərbaycan narının alışı ilə bağlı bu il 2021-ci ildəki göstəriciləri təkrarlaya bilmədi.

Azərbaycan Nar İstehsalçilari və İxracatçilari Assosiasiyasinin İdarə Heyətinin Sədri Fərhad Qaraşov deyir ki, “Bu il bildiyiniz kimi Rusiya -Ukrayna müharibəsi səbəbindən Ukrayna bazarını itirmiş hesab edirik. Rusiyada ölkənin sanksiyalar altında olduğu nəzərə alınaraq  iqtisadi problemlər yaşanır və biz təxmin edirik ki, bu səbəbdən də əhalinin alıcılıq qabiliyyəti bu cür məhsullar üçün düşmüşdür. Rusiya bazarında digər ölkələr də var ki, onlar bizdən nisbətən ucuz məhsullar təklif edirlər. Ümumiyyətlə biz bu ilə 50 faizlik geriləmə müşahidə edirik”.

Azərbaycanın nar ixracatı ilə bağlı növbəti rəqəmlər 2023-cü ilin ilk aylarında açıqlanacaq. Çünki hazırda narlarn bir neçə partiyası soyuducularda saxlanılır . Bir müddət sonra onlar daha baha qiymətə ixrac ediləcək. Bir məsələ var ki, Rusiya-Ukrayna müharibəsinin nə vaxt bitəcəyi bəlli deyil. Bu  və digər səbəblər gələn il də Azərbaycanın nar ixracına mənfi təsir göstərməsin deyə hansəı tədbirlər görülməlidir?

Suala cavabında Azərbaycan Nar İstehsalçilari və İxracatçilari Assosiasiyasinin İdarə Heyətinin Sədri Fərhad Qaraşov bildirir ki, “ixrac coğrafiyamızı daha çox Avropaya fokuslayırıq. Bununla bağlı Göyçayda regional müşavirə keçirdik. Narçıları onunla bağlı məlumatlandırdıq ki, koopertivləşməni daha da artırmalıyıq və fermerlərimizin birlikdə olaraq Global Gap , Avropanın tələb etdiyi idxal-ixrac presudrlarına uyğun olaraq  sertifikatlar alınsın və Azərbaycan narları Avropa bazarlarına ixrac edilsin”.

Bununla da Fərhad Qaraşov hesab edir ki, Avropa bazarı həm mənfəət baxımdan sərfəlidir, həm də ənənəvi Ukrayna, Rusiya bazarından asıllığı aradan qaldıracaq. Bundan əlavə,  İqtisadiyyat Nazirliyinin 2015-2020-ci illərdə narın ixracı ilə bağlı 3 faizlik ixrac  təşfiqi mexanizinin də yenidən tətbiqinin nar ixracı ilə bağlı yaranan geriləmənin aradan qalxmasına müsbət təsir edə biləcəyi güman edilir.

Bundan başqa sertifikatlı, lisenziyalı tinglərin müvafiq qurumlar tərəfindən fermerlərə veriliməsi də nar məhsuldarlığına müsbət təsir göstərəcək.

Samir Cabbarov