İstanbuldan Çinə ilk dəfə olaraq yük qatarı yola düşüb.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir.

Qeyd olunur ki, qatar 12 gün ərzində 8,6 min kilometrdən çox yolu qət edəcək.

“Qatar Transxəzər nəqliyyat marşrutunun “Bakı-Tbilisi-Qars” dəmir yolu ilə hərəkət edərək, 8 693 km yol qət edəcək, iki qitəni, iki dənizi, beş ölkəni keçib yükləri 12 günə Çinə çatdıracaq”, - deyə məlumatda bildirilir.