Son iki ayda “Qırmızı körpü” gömrük-buraxılış məntəqəsi vasitəsilə Azərbaycandan Gürcüstana 21 mindən çox yük maşını daxil olub.

Bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən bildirilib.

Gürcüstandan Azərbaycana isə 22 mindən çox beynəlxalq yük maşınının keçidi təmin olunub.

Gürcüstanın bütün gömrük məntəqələrində beynəlxalq yük maşını sürücüləri və daşınan mallara gücləndirilmiş nəzarət tədbirləri davam etdirilir.

Xatırladaq ki, pandemiya səbəbindən martın 14-dən etibarən iki ölkə arasında sərbəst gediş-gəliş dayandırılıb. Bu məhdudiyyətlər yük daşımalarına aid edilməyib.report