Bu ilin yanvar-iyul aylarında Azərbaycandan Almaniyaya neft ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 19,9% azalaraq 530,1 min ton təşkil edib.

Bu barədə İqtisadiyyat.az Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Hesabat dövründə ölkənin Almaniyaya ixrac etdiyi neftin dəyəri isə 14,3% azalaraq 348,3 milyon dollar olub.

 

Gözəl Həşimova