"Avanteq Limited" şirkətinin Azərbaycandakı filialı ləğv olunub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkət özü elan edib.

Qeyd edilib ki, lreditorlar iki ay ərzində tələblərini AZ1010 Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, ev 153 ünvanına bildirə bilərlər.

Xatırladaq ki, "Avanteq Limited" İngiltərə şirkətidir. Filial 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi İsmayılov Abbas Nurəddin oğludur.