Azərbaycan torpaqlarının azadlığı uğurunda döyüşən ordumuza dəstək olanların sayı durmadan artır.

İqtisadiyyat.az xəbər verir ki, bu məqsədlə ölkəmizdə fəaliyyət göstərən Hindistan diasporunun üzvləri Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 10.000 AZN məbləğində vəsait ayırıb.