“Azərbaycanda daxili və xarici mənbələr hesabına yeni investisiya fondunun yaradılması istiqamətində danışıqlar aparılır”.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib. 

Nazir həmçinin deyib ki, Azərbaycanın tranzit potensialının daha da artması gözlənilir: “Ələtdəki Yeni Bakı limanında Orta Asiyadan yeni növ yüklərin daşınmasına şərait yaradılır. İnanırıq ki, limanın tranzit potensialı daha da artacaq”.