Naxçıvan Muxtar Respublikasında müasir standartlara uyğun olaraq Tier-3 səviyyəli Data Mərkəzinin (Data Center) inşasına başlanılır.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, artıq Mərkəzin binasının inşa edilməsi ilə bağlı layihələndirmə işlərinə start verilir.
Layihələndirmə işlərini "Rabalon" şirkəti həyata keçirəcək.
Naxçıvan Şəhər Rabitə İdarəsi bu işlərə görə şirkətlə 375.000 manatlıq müqavilə bağlayıb.
Qeyd edək ki, Mərkəzin binası Naçıvan şəhərində tikiləcək.