Azərbaycanda yaşayan yunanların "ARQO" İctimai Birliyinin inzibati binasında birlik üzvlərinin növbədənkənar ümumi yığıncağı keçiriləcək.

İqtisadiyyat.az xəbər verir ki, yığıncağın mayın 12-də keçirilməsi nəzərdə tutulub.

Müzakirə olunacaq məsələlər aşağıdakılardır:

- 2018–2023-cü illər üzrə idarə heyətinin hesabatı.

- İctimai birliyin yeni idarə heyətinin üzvlərinin və sədrinin seçilməsi.