Bu ilin yanvar-avqust aylarında əcnəbilər bank kartları vasitəsi ilə 1 milyard 502,2 milyon manatlıq əməliyyat aparıb.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nda bildirilir.

Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur.

Təkcə avqust ayında isə xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların dəyəri 214,6 milyon manat təşkil edib. Bu da 1 il əvvələ nisbətən 2 dəfə çoxdur.