Azərbaycanda yerli istehsalın rəqabət qabiliyyətinin yüksəldilməsi üçün xammalın idxal gömrük rüsumları optimallaşdırılacaq.

İqtisadiyyat.az xəbər verir ki, Nazirlər Kabinetindən verilən xəbərə görə, bu barədə İqtisadi Şurasının iclasında müzakirə aparılb.

Qeyd edilib ki, iclasda “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planının icrasından irəli gələn yerli istehsalın rəqabət qabiliyyətinin yüksəldilməsi məqsədilə xammal və aralıq malların idxal gömrük rüsumlarının optimallaşdırılması” ətraflı müzakirə olunub.

İclasın yekununda müzakirə olunan məsələlər barədə müvafiq qərarlar qəbul olunub və aidiyyəti qurumlara tapşırıqlar verilib.