İqtisadiyyat.az bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, hərrac Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) olacaq. Hərraca 9 daşınar və daşınmaz əmlak çıxarılacaq. Bunlar, 2 torpaq sahəsi, 3 avadanlıq və 4 nəqliyyat vasitəsidir.

Əmlakların start qiyməti 3 600 - 14 100 manatdır. Bunun 10 %-i beh kimi ödənilməlidir.

Sifarişlər mayın 9-na qədər qəbul olunacaq.