Cari ilin yanvar ayı ərzində Azərbaycanda unun topdansatış qiyməti dəyişməz olub.

İqtisadiyyat.az xəbər verir ki, yanvarın əvvəlindən sonunadək unun topdansatış qiyməti stabil olaraq qalıb.

Açıqlanan rəsmi məlumatda ölkədə hazırda 50 kq-lıq unun topdansatış qiyməti 26,0 - 28,2 manat aralığında dəyişir. 

Ən ucuz un növü "Dəvəçi-Taxıl" MMC, ən bahalısı isə "Azeri-Arapoğlu U.S.və T.LTD" BM tərəfindən bazara təqdim olunur.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məlumatına əsasən, un istehsalçılarının hazırda topdansatış qiymətlərini təqdim edirik: