Son illər tükənməyən enerji mənbələrindən istifadə genişlənməkdədir. Həm qiymətli yanacağa (neft, qaz) qənaət etmək, həm də ətraf mühitin qorunmasına nail olmaq üçün bu enerji mənbələri böyük önəmə sahibdir. Tükənməyən enerji mənbələri həm də alternativ enerji mənbəliridir. Bunlara günəş enerjisi, külək enerjisi, bioenerji, termoenerji, hidro enerji, dalğa enerjisi və.s. aiddir.

İqtisadçı Eldəniz Əmirov İqtisadiyyat.az-a müsahibəsində bildirdi ki, bu enerji mənbələrinin tətbiqi Azərbaycanda yüksək səviyyədədir:

“Ölkəmizdə günəş enerjisi, külək enerjisi və hidro enerjiyə daha çox üstünlük verilir. Hidro enerji dağ çaylarında, külək enerjisi abşeron yarımadasında və günəş enerjisi isə respublikamızın bir çox ərazilərində xüsusəndə işğaldan azad edilən ərazilərimizdə geniş potensiala malikdir.”

İqtisadçı deyir ki, alternativ enerji mənbələrinin üstünlüyü ekoloji cəhətdən təmiz enerji növüdür. Bu enerji mənbələri eyni zamanda ənənəvi enerji asılılığından xilas olmaqdır:

“Alrernativ enerji mənbələrinin ətraf mühitə demək olar ki, zərəri yoxdur. Əksinə faydası daha çoxdur. Bu təbiətdə olan enerjinin enerjiyə çevrilməsi metodudur. Yeni innovativ qurğularla enerjini bir formadan digər formaya çeviririk. Buna görə də alternativ enerji zərərsizdir.”

Məhəbbət Məmmədov