Azərbaycanda bu ilin yanvar-noyabr aylarında tikinti materiallarının istehsalı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 29,8% artaraq 1054,1 milyon manat təşkil edib.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Dövr ərzində tikinti gipsinin istehsalı 92,2%, gips məmulatlarının istehsalı 70,4%, beton istehsalı 16,2 faiz, tikinti şüşəsinin istehsalı 7,2%, əhəng istehsalı isə 2,9% artıb.
Gözəl Həşimova