Azərbaycanda ali təhsilə qəbul olan tələbələrin sayı 20 min artacaq.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bu, 2024-2027-ci illər üzrə iqtisadi və sosial inkişaf konsepsiyasının əsas prioritetlərində öz əksini tapıb.

Qeyd edilib ki, gəlirindən asılı olmayaraq bütün ailələrin övladları üçün təhsilə əlçatanlıq təmin olunacaq. Ali təhsilin məzmununda əmək bazarının tələbləri nəzərə alınacaq. 

Bununla yanaşı ali təhsilin keyufiyyəti artırılacaq və beynəlxalq rəqabətliliyi təmin olunacaq. Rəqabətli maliyyələşmə və idarəetmə mexanizmiləri yaradılacaq. 

Qeyd edək ki, hazırda Azərbaycanda ali təhsil müəssisələrində 205 mindən artıq tələbə təhsil alır.