Azərbaycanda tələbə yataqxanalarının texniki maliyyə əsaslandırma sənədi hazırlanacaq.

İqtisadiyyat.az xəbər verir ki, Təhsilin İnkişafı Fondu bununla bağlı hazırlıqlara başlayıb.

Fond hazırda sənədin hazırlanması xidmətinin satın alınması ilə bağlı tender elan edib. 

Qurum sənədin hazırlanmasının 195.000 manata başa gələcəyini proqnozlaşdırıb.

Qeyd edək ki, Azərbaycanda ali təhsil müəssisələrinə aid tələbə yataqxanalarının ümumi tutumu 5851 nəfər təşkil edir. Universitetlərin cəmi yataqxana sayı 26, korpusların sayı 63-dür.