Azərbaycanın bütün şəhər və rayonlarında yerləşən təhsil müəssisələri korporativ internet şəbəkələri ilə təmin ediləcək.

İqtisadiyyat.az xəbər verir ki, Elm və Təhsil Nazirliyinin nəzdində təsərrüfathesablı Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi bununla bağlı hazırlıqlara başlanılıb.

Azərbaycanın şəhər və rayonlarında yerləşən təhsil müəssisələrini fiber-optik, ADSL, GPON və simsiz rabitə kanalları vasitəsilə təhsil sisteminin korporativ internet şəbəkələrinə çıxışı təmin ediləcək.

Qurum qeyd olunan işlərin icrasını “Azedunet” şirkətinə həvalə edib və onunla bağladığı müqaviləyə əsasən, təhsil müəssisələrinin korporativ internet şəbəkələrinə çıxışının təmin olunması 17 512 180,93 manata başa gələcək.