Azərbaycanda tanınmış klinikaların məhkəmə çəkişməsi başlayıb.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, "Memorial Klinik" MMC “Falck” MMC-ni məhkəməyə verib.

Bununla bağlı "Memorial Klinik" Bakı Kommersiya Məhkəməsinə müraciət edib.

Belə ki, iddiaçı tapşırıq müqaviləsi üzrə mübahisələrə görə tələb irəli sürüb.

İddia hakim Kənan Hüseynovun icraatına verilib. 

Məhkəmənin vaxtı hələlik təyin edilməyib.

Qeyd edək ki, hər iki özəl tibb müəssisəsi 2008-ci ildə dövlət qeydiyyatına alınıb.