Azərbaycanda məşhur broyler şirkətinin səhmləri satışa çıxarılıb.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, söhbət “Salyan Broyler” ASC-dən gedir.

Belə ki, oktyabr ayının 8-də keçiriləcək təkrar pul hərracında ASC-nin səhmləri satışa çıxarılacaq.

Məlumata görə, müəssisənin tikilialtı sahəsinə 2 ədəd inzibati bina, 6 ədəd quş ferması, inqubator binası, nasosxana, qazanxana, yem anbarı və s tikililəri daxildir. 

Satışa çıxarılan səhmlərin nominal dəyəri 336 450 manatdır.