Emal sənayesində bu ilin yanvar-may aylarında 7199,4 milyon manatlıq məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.

İqtisadiyyat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə içki istehsalında 27,4%, qida məhsullarının istehsalında 13,3%, tütün məmulatlarının istehsalında isə 8,4% artım müşahidə olunub.

Bu sahələrin əsas məhsullarından üzüm şərabının istehsalı 73,6%, unlu qənnadı məmulatlarının istehsalı 24,1%, siqaret istehsalı 23,7%, duz istehsalı 9,9%, meyvə-tərəvəz konservlərinin istehsalı isə 9,3% artıb.