Emal sənayesində bu ilin yanvar-noyabraylarında 16301,5 milyon manatlıq məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.

İqtisadiyyat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə içki istehsalında 27,5%, qida məhsullarının istehsalında 9,8%, tütün məmulatlarının istehsalında isə 9,6% artım müşahidə olunub.

Bu sahələrin əsas məhsullarından üzüm şərabının istehsalı 47,4%, unlu qənnadı məmulatlarının istehsalı 24,7%, siqaret istehsalı 18,3%, meyvə-tərəvəz konservlərinin istehsalı isə 1,6% artıb.

 

Gözəl Həşimova