Emal sənayesində bu ilin yanvar-oktyabr aylarında 14779,6 milyon manatlıq məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.

İqtisadiyyat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə içki istehsalında 27,2%, qida məhsullarının istehsalında 10,7%, tütün məmulatlarının istehsalında isə 3,8% artım müşahidə olunub.

Bu sahələrin əsas məhsullarından üzüm şərabının istehsalı 41,7%, unlu qənnadı məmulatlarının istehsalı 24,9%, siqaret istehsalı 12,5%, şəkərli qənnadı məmulatlarının istehsalı 7,1%, meyvə-tərəvəz konservlərinin istehsalı isə 2,5% artıb.

 

Gözəl Həşimova