Logo

Azərbaycanda siqaret bahalaşacaq? - AÇIQLAMA


Hazırda tütün tədarükündə hər hansı problem yoxdur.

Bunu açıqlamasında Cahan Tobacco İnternational şirkətinin icraçı direktoru Serhat Eroğlu Azərbaycana tütün tədarükünün problemlər müşahidə edildiyi üçün siqaret qiymətlərində bahalaşma olacağına münasibət bildirərkən deyib.

O bildirib ki,biz dünyada tütün ixracının lideri olan Braziliyadan tütün idxal edirik və yerli tütünün yetişdirilməsini həyata keçiririk.Ona görə də bizim siqaretlərin istehsalı üçün tütün çatışmazlığı yoxdur.Hazırda tütün tədarükündə hər hansı problem yoxdur.

Serhat Eroğlu siqaretlərin bahalaşacağı ilə bağlı fikirlərə də münasibət bildirərkən “Hazırkı mərhələdə Rusiya ilə Ukrayna arasındakı müharibənin bizim istehsala hər hansı təsiri yoxdur.Bizim tərəfimizdən istehsalçısı olduğumuz siqaret markalarının bahalaşması gözlənilmir,”-deyə qeyd edib.

Qeyd edək ki, Cahan Tobacco İnternational ölkənin əsas siqaret istehsalçılarından biridir.

2022-05-18 14:47:00 2415
Teqlər: