Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən cəmi 528 milyon 653 min manat həcmində sığorta haqqı yığılıb.

Bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata əsasən, hesabat dövründə şirkətlər tərəfindən 262 milyon 996 min manat həcmində ödəniş həyata keçirilib.

Hesabat əsasən, sığorta yığımları örtən ilin eyni dövrü ilə müqayisədə 12,5% artıb, ödənişlərdə isə 49,9% artım qeydə alınıb.